Runi Çinə gedir - Ən çox qazanan futbolçu olacaq

12:25 22 Fevral 2017

“Mançester Yunayted”in futbolçusu Ueyn Runi Çin klublarından birinə keçəcək.

 

Sportarena.az xəbər verir ki, Runi artıq Çin klublarından biri ilə razılıq əldə edib. MY rəhbərliyi də məsələyə razılığını bildirib və futbolçunun agenti Pol Stretford bu barədə məlumatlandırılıb.

 

İngiltərə mətbuatının iddiasına görə, Runi Çində həftəyə 1 milyon avro məvacib alacaq. Belə olacağı təqdirdə, o, Karlos Tevesi geridə qoyacaq və dünyanın ən ödənişli futbolçusu statusuna sahib çıxacaq.


Digər xəbərlər

Xəbər xətti