Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycandan iki məşqçinın adı yer alıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə olduğu kimi yenə 452-ci yerdə qərarlaşıb. Onun hesabında 1361 xalı var.
Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 7 pillə irəliləyərək 852 xalla 625-ci yerdədir.
Qeyd edək ki, siyahıya “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Luis Enrike (“Barselona) 2-ci, Dieqo Simeone (“Atletiko”) isə 3-cüdür.