Oyun zamanı piroq yedi, iş təklifi aldı - FOTO

14:02 22 Fevral 2017

"Satton Yunayted" İngiltərə Kubokunun 1/8 final mərhələsində "Arsenal"a qarşı oyunda piroq yeməsi ilə diqqət mərkəzinə düşən ehtiyat qapıçı Ueyn Şounun müqaviləsinə xitam vermək istəyir.

 

Sportarena.az xəbər verir ki, 125 kq çəkisi olan qolkiper böyük ehtimalla işsiz qalmayacaq. İngiltərə supermarketlərindən biri ona piroq dequstatoru işini təklif edib.

 

"Onun piroqa məhəbbətindən təsirləndik. Yaxşı piroq qarnını bərkitməyin ən sadə yoludur. Hətta karyeranın ən mühüm oyunu zamanı da" - deyə marketin sahibi Tess Kellahan bildirib.

 

Qeyd edək ki, İngiltərə Futbol Assosasiyası (FA) qapıçının piroqu mərc səbəbindən yeməsinə görə onu cəzalandırmağa hazırlaşır.

 


Xəbər xətti