"Qəbələ"nin transfer etmək istədiyi futbolçu Çində nə qədər qazanacaq?

10:59 23 Fevral 2017

Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinovun Çinin “Meycjou Xaka” klubu ilə imzaladığı müqavilənin şərtləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 1 illik müqavilə imzalayan 31 yaşlı hücumçunun qazanacağı məbləğ də açıqlanıb.

 

Qış transfer dönəmində "Qəbələ" ilə danışıqlar aparan Bojinov Çində çıxış etdiyi müddətdə bonuslar da əlavə olmaqla 1 milyon avro qazanacaq. Futbolçunun çıxışı məşqçilər korpusu tərəfindən bəyənilsə, tərəflər arasında 1 illik yeni müqavilə imzalanacaq və forvardın məvacibi bir qədər də artırılacaq.

 

Qeyd edək ki, Valeri Bojinov karyerası ərzində "Mançester Siti" və "Yuventus" kimi komandalarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti