Məmmədyarov liderliyini qorudu

13:11 23 Fevral 2017

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE qran-prisi davam edir.

 

Sportarena.az xəbər verir ki, 5-ci turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. “Şah”ın ağ fiqurlarla oynadığı oyunun 29-cu gedişində tərəflər "sülh"ə razı olublar. 
 

Bu nəticə ilə aktivindəki xalları 3,5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub. Hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də heç-heçə etdiyindən, üçüncü yerdə qərarlaşmış Nakamura da təmsilçimizlə sülh bağladığından ilk pillədə heç bir dəyişiklik olmayıb.


Xəbər xətti