Moskvada "Kobra"nın qarşısına çıxan olmadı

17:29 23 Fevral 2017

Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən Pərviz Abdullayev növbəti nailiyyətini əldə edib.

 

Sportarena.az xəbər verir ki, idmançımız bu dəfə uşu yarışlarında fərqlənib. O, Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Moscow wushu stars-2017” turnirində qüvvəsini sınayıb.

 

Beynəlxalq yarışda 4 döyüş keçirən Abdullayev bütün rəqiblərinə qalib gəlib. Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz bu qələbələr sayəsində Moskvadakı yarışın çempionu adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti