"Qəbələ"nin futbolçusu əməliyyat olundu - 2,5 ay oynamayacaq - FOTO

20:24 23 Fevral 2017

"Qəbələ"nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.
 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurla sona çatıb. Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

 

Qeyd edək ki, Elvin Camalov Premyer Liqanın 18-ci turunda "Zirə” ilə  keçirilən oyunda zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.

 


Digər xəbərlər

Xəbər xətti