"Şəmkir"in yeni baş məşqçisi açıqlandı

10:25 24 Fevral 2017

Birinci divizion təmsilçisi “Şəmkir”in yeni baş məqşçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, qərb təmsilçisi “sükan”ı gürcü mütəxəssis Badri Kvaratsxeliyaya həvalə edib. O, bu postda bir müddət öncə istefa verən Qəhrəman Əliyevi əvəz edib. Sabiq hücumçu 1998-2005-ci illər aralığında “qırmızı-ağlar”ın şərəfini qoruyub.

 

Xatırladaq ki, 16 turdan sonra hesabında 31 xal olan “Şəmkir” 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti