Serbiyadan Elxan Məmmədova dəstək

12:17 24 Fevral 2017

AFFA-nın baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Məmmədov Kokeza ilə iki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandaları arasında yoxlama matçlarının keçirilməsi qərara alınıb.
 

UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkində keçiriləcək. Kokeza görüş zamanı Elxan Məmmədovu dəstəklədiyini bildirib.

 

Qeyd edək ki, Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan 13 nəfərdən biridi.


Digər xəbərlər

Xəbər xətti