İngiltərə kubokunda qaydalar dəyişdi

14:15 24 Fevral 2017

İngiltərə Federasiya kubokunun formatında dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, kubokda iştirakçı olan klublara əlavə əvəzetməyə icazə veriləcək. Bu, İngiltərə kuboku çərçivəsində 1/4 final matçlarından başlayaraq sınaq kimi tətbiq ediləcək. Belə ki, əgər matç əlavə vaxta qədər uzansa, klublara dördüncü əvəzetmə hüququ veriləcək.

 

Qeyd edək ki, İngiltərə kuboku 1871-ci ildən oynanılır. Bu müddət ərzində Futbol Assosiasiyası yarışın formatında yeniliklər və dəyişikliklər edilməsinin əleyhinə olub.


Digər xəbərlər

Xəbər xətti