Fuad Bayramov: "İstəyimiz odur ki, çempionluq yarşına qoşulaq" - MÜSAHİBƏ

14:54 24 Fevral 2017

"İnter"in futbolçusu Fuad Bayramovun Sportarena.az saytına müsahibəsi.

 

- Öncə qış fasiləsindən sonra keçirdiyiniz oyunlar barədə danışaq. Göstərdiyiniz nəticələr sizi qane edir?
-  Fikrimcə, pis təsir bagışlamırıq. Hələ də üçücü sırada qərarlaşmışıq. Onu da nəzərə almaq lazımdır ki, "İnter" çətin günlərini yaşayır. Maliyyə probləmlərinin olduğu və tez tez rəhbərlik dəyişikliyinin baş verdiyi vaxtda mənə görə bu nəticə yaxşıdır.

 

- Belə söyləmək olar ki, baş verən hadisələr həm sizə, həm də nəticələrinizə ciddi təsir edir?
-  Xeyr, elə də yox. Vəziyyət necə olsa da,  biz öz işimizi görməyə çalışırıq.

 

- Yaranmış vəziyyətə müsbət yöndən baxsaq, sən və gənc olan komanda yoldaşların üçün baş verənlər yaxşılığa doğru oldu. Oynamaq və özünüzü göstərmək şansı əldə etdiniz... 
- Düzdü komandada gənc oyunçular çoxdu. Bütün bunlar bizim xeyrimizə oldu. Oynamaq şansı əldə etdik. Məşqçimiz də bizə güvənir. Oynadıqca təcrübəmiz artır, inkişaf edirik.

 

 

- Premyer Liqanın növbəti turunda "Qarabağ"la qarşılaşacaqsız...
- Dünəndən məşqlərə başlamışıq. "Qarabağ"la oyun çox çətin keçəcək. Çünki sonuncu oyunda "Qəbələ"yə məğlub oldular. Çalışacaqlar ki, bizimlə oyunda xal itirməsinlər. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Bu oyunda xal qazanmaq bizə də lazımdı.

 

- "Qarabağ"ın ardınca "Qəbələ"yə qarşı oyununuz da var. Hər iki rəqibinizi məğlub edib, onlara yaxınlaşmağı planlaşdırırsınızmı?
- Elə biz də o barədə düşünürük. İstəyimiz odur ki, hər iki oyunda qələbə qazanıb, çempionluq yarşına qoşulaq. Düzdü, rəqiblərimiz çox güclü komandalardı. Amma biz də zəif deyilik. Maksimum nəticə qazanmaq üçün çalışacağıq.
 
 

- Çempionluq və ikinci pillə şansınızı hər pillə ugrunda amansız mübarizə getdiyi vaxtda necə qiymətləndirirsiz?
- Biz çox sayda xallar itirdik. Qələbə qazanmağa yaxın olduğumuz oyunların son dəqiqələrində buradığımız qollar bizi birinci pillədən uzaqlaşdırdı. Hələ qarşıda çoxlu oyunumuz var. İndiki məqamda hər şey özümüzdən asılıdı. Çalışacağıq ki, çempionluq mübarizəsinə qoşulaq.

 

 

- "İnter"in əsas heyətinin daimi üzvünə çevrilmisən. Milli komandanın baş məşqçisi Robert Prosineçki də gənclərə güvənir. Belə olan halda yığmadan dəvət gözləyirsənmi?
- Hər bir futbolçu əsas milliyə çağrılmağı mən də istəyirəm. Bu, baş məşqçinin qərarından asılıdı. Amma milliyə dəvət almağı çox istəyirəm.


- Eyni zamanda, mayda Bakıda İslam Hərməyliyi Oyunları keciriləcək. Futbol yarışında U-23 milli komandalar iştirak edəcək.  İslam oyunlarının iştirakçısı olmaq istərdin?
- Əlbəttə, istəyirəm. Bu mənim üçün fəxr olar. Komandanın baş məşqçisi Yaşar Vahabzadə məni dəvət etsə, var gücümlə komandaya kömək edərəm.

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti