"Traktorsazi"dən növbəti qələbə

17:42 24 Fevral 2017

İran çempionatında 22-ci turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, 44 xalla 2-ci pillədə qərarlaşan Təbrizin "Traktorsazi" klubu səfərdə "Məşəd"lə qarşılaşıb. Matçın ilk dəqiqələrindən hesabda geri düşən təbrizlilər 2 qol vuraraq qələbə qazanmağı bacarıb - 2:1.



Qeyd edək ki, "Al qurdlar"ı lider "Persepolis"dən 6 xal ayırır.


Xəbər xətti