"Qarabağ" Şəhidlər Xiyabanına yürüş edəcək

18:33 24 Fevral 2017

"Qarabağ" klubu Şəhidlər Xiyabanına yürüş edəcək. 
 
 
Sportarena.az-a klubdan verilən məlumata görə, yürüş Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunub. Yürüşdə məqsəd topraqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlarla yanaşı, erməni vəhşiliyinə qurban gedən dinc sakinlərin xatirəsini anmaqdı.
 
 
Bazar günü saat 11:00-da başda klubun baş məşqçisi Qurban Qurbanov olmaqla "Qarabağ"ın azarkeş qrupları 26 fevral Xocalı faciəsi ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına yürüş edəcəklər.


Xəbər xətti