"Ən pisi qol vurmamağımızdır" - Serjinyo - AÇIQLAMA

19:36 25 Fevral 2017

“Son matçlar bizim üçün heç də yaxşı olmadı və pis nəticələr əldə etdik. Zədə və ya cəzaya görə bəzi oyunçularımız oynamadı, bəzən bəxtimiz gətirmədi”.
 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Serjinyo klubun saytına açıqlamasında deyib. Portuqaliyalı yarımmüdafiəçi tezliklə uğursuzluqların arxada qalacağına inandığını bildirib:

 

“Buraxılan qolların bir çoxunda günahkar özümüz olduq. Ən pisi isə qol vurmamağımızdır. Ancaq indi bunu unutmalıyıq və vəziyyəti tezliklə dəyişməyə çalışmalıyıq. Fikrimcə, Gəncədə keçirəcəyimiz 7 matçda durumu öz xeyrimizə dəyişə biləcəyik. Mən buna inanıram. Çünki evdə oynamağımız üstünlüyümüzdür. Odur ki, Gəncədəki matçlar bizim üçün daha çox önəmlidir”.


Əsas heyətin üzvü olsa da, son iki oyunda Kosta ehtiyat oyunçular skamyasında yer alaraq əvəzetmədən meydana daxil olub. Amma futbolçu buna görə narahat deyil:

 

“Bu, baş məşqçinin seçimidir və buna hörmətlə yanaşmalıyam. Mən sakitəm və oynamağa şans veriləndə komandaya kömək etməyə çalışıram. İstər ilk “11-lik”də yer alım, istərsə də əvəzetmədən oyuna daxil olum. Ancaq bu normaldır ki, start heyətdə yer almaq istəyirəm və bunun üçün çalışacağam”.


Digər xəbərlər

Xəbər xətti