"Əsgərlərimizin yanına getməyə hazırıq" - Qurban Qurbanov - AÇIQLAMA

13:32 26 Fevral 2017

"Qarabağ"ın kollektivi Xocalı faciəsi qurbanlarını yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət edib.

 

Sportarena.az xəbər verir ki, yürüş zamanı Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov faciə ilə bağlı fikirlərini bölüşüb:

 

 

"Əlbəttə ki, bu bizə xoş olan gün deyil. Analarımız, qardaşlarımız, bacılarımız bizim xoşbəxtliyimiz üçün canlarından keçiblər. Həqiqətən çox ağır gündü. Biz hazırda heç nə edə bilmərik. Dualarımızla onlara kömək olmağa çalışırıq. Əlimizdən gələn ziyarət etməkdi. Komandamızla, azarkeşlərimizlə birgə şəhidlərimizi ziyarət etməyə gəlmişik. Dünyasını dəyişənlərin yaxınlarına baş sağlığı veririk. Allah rəhmət eləsin.

 

- Cəbhə bölgəsində baş verən hadisələri nəzərə alaraq "Qarabağ"ın komanda şəklində döyüş bölgəsinə səfəri mümkündü?

- Mən dəfələrlə demişəm ki, biz hər zaman əsgərlərimizin yanındayıq. Qarşımıza belə bir məqsəd qoymuşuq ki, hərəmiz öhdəmizə düşən vəzifəni yerinə yetirək. Onlar hamımızdan ağır işin altındadı. Biz onların yanında nadir hallarda ola bilərik. Amma bizim onlara dəstəyimiz ölkə xaricindəki uğurlarımız ola bilər. Əgər Müdafiə Nazırliyi tərəfindən hər hansı problem olmasa, biz əsgərlərimizin yanına getməyə hazırıq və yəqin ki, bunu edəcəyik.


Digər xəbərlər

Xəbər xətti