Ramil Şeydayev bu gün debüt edəcək? - "Oyuna hazırdır" - AÇIQLAMA

17:28 26 Fevral 2017

Bu gün Ramil Şeydayev "Jilini"da debüt edə bilər. 

 

Sportarena.az xəbər verir ki, onun komandası Slovakiya çempionatının 19-cu turu çərçivəsində "Jilina" “Zlate Moravtse”ni qəbul edəcək. "Jilina” komandasının baş məşqçisi Adrian Gula oyundan öncə klubun saytına açıqlama verərək futbolçumuzun matça hazır olduğunu söyləyib.

 

“Ramil Şeydayev “Zlate Moravtse”yə qarşı oyun üçün hazırdır. Onun oynaması ilə bağlı hər hansı problem yoxdur”.

 

Qeyd edək ki, “Jilina” - "Zlate Moravtse” matçı saat 20.30-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti