Gəncədə yubiley matç

18:31 26 Fevral 2017

“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”lə qarşılaşacaq.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, fevralın 28-də baş tutacaq qarşılaşma komandalar arasında 15-ci oyun olacaq. İlk dəfə 2010/11 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 14 dəfə qarşılaşıb. Bu matçların hamısı çempionat çərçivəsində baş tutub. Bu görüşlərdə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. 6 qələbə qazanan komandamız 4 heç-heçə edib və 4 dəfə məğlub olub. Son üç görüşdə də Roman Qriqorçukun yetirmələri qalib gəlib. 25 qolun vurulduğu duellərdə “Qəbələ” 14, “Kəpəz” 11 dəfə fərqlənib. 

 

Əvvəlki matçların 8-ni evdə, 6-nı səfərdə keçirən komandamız rəqib meydanındakı ilk 5 matçda 2 heç-heçə edib, 3 dəfə uduzsa da, son qarşılaşmadan qələbə ilə ayrılıb. Səfər oyunlarındakı top fərqi 3:7-dir. 

Maraqlıdır ki, “Qəbələ”nin 14 qoluna fərqli futbolçular imza atıb. Hazırda heyətdə olan Baqali Dabo, Ruslan Qurbanov, Filip Ozobiç və Tellur Mütəllimov yenə fərqlənmək imkanına malikdir.

 

2010/11 mövsümü

31.10.2010. Gəncə - Qəbələ - 0:0

27.02.2011. Qəbələ - Gəncə - 0:0

02.04.2011. Qəbələ - Gəncə - 1:1
Murad Hüseynov, 26 - Junivan Suares, 56

12.05.2011. Gəncə - Qəbələ - 0:0

 

2011/12 mövsümü

16.10.2011. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Deon Barton, 41, Dodo, 53

07.03.2012. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 - Lyuba Baranin, 32, Yannik Kamanan, 85

 

2012/13 mövsümü

15.09.2012. Kəpəz (Gəncə) - Qəbələ - 1:0
Bəxtiyar Soltanov, 41

19.11.2012. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 
 

2015/16 mövsümü
23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0
Ermin Zets, 6

01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2
Fakundo Pereyra, 69 -  Aleksandr Sitnik, 2, Dario Frederiko, 90+4

30.01.2016. Kəpəz (Gəncə) - Qəbələ - 3:0
Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

20.05.2016. Kəpəz (Gəncə) - Qəbələ - 0:1
Aleksey Qay, 76

 

2016/17 mövsümü
08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 
17.12.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:1
Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) - Tural Axundov, 77 (p.)


Digər xəbərlər

Xəbər xətti