Nazarov qol vurdu

10:51 27 Fevral 2017

Almaniya 2-ci Bundesliqasında 22-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə Drezden “Dinamo”suyla qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı darmadağını ilə yekunlaşıb. Nazarov start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub, 60-cı dəqiqədə isə penalti zərbəsi ilə komandasının təsəlli qoluna imza atıb. O, 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 
 

Qeyd edək ki, 22 oyundan sonra aktivində 18 xal olan “Aue” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti