Elxan Məmmədov seçki platformasını təqdim etdi

11:42 27 Fevral 2017

AFFA-nın Baş katibi Elxan Məmmədov Avropanın bir neçə milli futbol asosiasiyasının rəhbərlərinə öz seçki platformasını təqdim edib.

 

Sportarena.az xəbər verir ki, Skandinaviya və Baltik ölkələrinin təşəbbüsü ilə Danimarkanın paytaxtı Kopenhagen şəhərində UEFA İcraiyyə Komitəsinə namizədlərlə görüş keçirilib. Tədbirdə 13 namizəddən AFFA-nın baş katibi Elxan Məmmədov da daxil olmaqla 7 namizəd iştirak edib.

 

Namizədlər ayrılıqda Danimarka, Estoniya, Farer adaları, İslandiya, Latviya, Norveç və İsveç milli futbol asosiasiyalarının rəhbərlərinə öz seçki platformalarını təqdim ediblər və sualları cavablandırıblar.


Digər xəbərlər

Xəbər xətti