Ronaldodan yeni rekord

13:09 27 Fevral 2017

İspaniya çempionatında keçirilən “Vilyarreal” - “Real” (2:3) qarşılaşmasında Kriştiano Ronaldo bir qolla yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, Ronaldonun oyunun 75-ci dəqiqəsində penaltidən vurduğu qol La Liqanın yeni rekordunu müəyyənləşdirib. Ronaldo penaltidən vurulan qolların sayına görə rekordçu olub.

 

Bu, onun penaltidən vurduğu 57-ci qol olub. Əvvəlki rekord “Real”ın və “Atletiko”nun sabiq futbolçusu Uqo Sançesə məxsus idi - 56 qol.

 

Bu göstəricidə portuqaliyalı futbolçunun ən yaxın izləyicisi Lionel Messidi - 43 qol.


Digər xəbərlər

Xəbər xətti