Budaqsız "Sportinq" 3 xala sevindi

13:47 27 Fevral 2017

Portuqaliya Sequndasında 29-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Aves”lə qarşılaşıb. Bir müddətdi zədədən əziyyət çəkən Budaqın adı oyunun iştirak ərizəsinə salınmayıb. Oyun isə 2:1 hesabıyla Lissabon klubunun qələbəsiylə nəticələnib.

 

29 turdan sonra hesabında 31 xal olan “Sportinq B” 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti