Qvardiola "Monako"nun 4 futbolçusunu hədəfə aldı

16:52 27 Fevral 2017

"Mançester Siti" "Monako"nun 4 futbolçusunu heyətinə qatmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola "Monako"dan Kilian Mbappe, Fabinyo, Benjamin Mendi və Tomas Lemarı istəyib. İspan mütəxəsis xüsusən 18 yaşlı Mbappenin transferinin reallaşdırılmasını rəhbərlikdən tələb edib.

 

"Siti" rəhbərliyinin bu futbolçuların keçidinə görə 140 milyon avro xərcləməyə hazır olduğu bildirir.


Digər xəbərlər

Xəbər xətti