"Daha yaxşı çıxış etmək olar" - Tərlan Əhmədov - AÇIQLAMA

18:16 27 Fevral 2017

AZAL Azərbaycan Premyer Liqasının 20-ci turunda öz meydanında “Neftçi”yə uduzub (0:1).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti şərh edib:

 

“Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq. Heyf, erkən qol həlledici oldu. Ümumilikdə yaxşı oynadıq. Sadəcə, son ötürmələr dəqiq olmur. Bundan sonra nəyisə dəyişmək deməyək, amma yeni gələn futbolçularla daha yaxşı çıxış etmək olar".


Xəbər xətti