"Yaxşı təsir bağışlamadıq" - Vəfadar Quliyev - AÇIQLAMA

20:27 27 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt” səfərdə “Zirə”yə 0:1 hesabıyla məğlub oldu. Oyunsonrası mətbuat konfransında cəzalı olan “kimyaçılar”ın baş məşqçisi Samir Abasovu onun köməkçisi Vəfadar Quliyev əvəz edib.

 

Sportarena.az xəbər verir ki, Quliyev oyunla bağlı bunları deyib:

 

“Zirə”ni təbrik edirm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm.


Digər xəbərlər

Xəbər xətti