"İkinci hissədə rəqib daha fəal təsir bağışladı" - Ayxan Abbasov - AÇIQLAMA

20:32 27 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə “Sumqayıt”ı minimal hesabla məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

“Sumqayıt” çempionatda ən yaxşı formada olan komandalardandı. Bu gün bunun bir daha şahidi olduq. Samir Abasov yaxşı komanda formalaşdırıb. Bu oyuna yaxşı hazırlaşmışdıq. Öz meydanımızda vacib qələbə qazandıq. İlk hissədə biz üstün olsaq da, ikinci hissədə rəqib daha fəal təsir bağışladı. Ancaq buna baxmayaraq, bu oyundan 3 xalla ayrılmağı bacardıq. 


Xəbər xətti