"Kəpəz"də bir itki

10:23 28 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz” bu gün doğma divarlar arasında meydana çıxacaq. “Sarı-göylər” çempionatın lideri “Qəbələ”ni qəbul edəcək.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Nizami yurdunun təmsilçisi oyuna hazırlığın əsas hissəsini Bakıda keçirib. Dünən Gəncəyə gedən komanda matçın keçiriləcəyi şəhər stadionunda son məşqinə çıxıb. 

 

“Kəpəz”in heyətində oyunöncəsi yalnız bir itki var. Tural Nərimanov zədə səbəbindən qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti