Şəhriyar qalib gəldi, liderlərin sırasına qoşuldu

10:40 28 Fevral 2017

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE qran-prisində ilk etap başa çatıb.

 

Sportarena.az xəbər verir ki, bu gün baş tutan son turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov çinli Hou Yifanla qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. 
 

Bu nəticə ilə birlikdə xallarını 5,5-ə yüksəldən Məmmədyarov Maksim Vaşe-Laqrev və Aleksandr Qrişukla birlikdə ilk pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti