"3 oyundu qol buraxmıram" - "Neftçi"nin qapıçısı - AÇIQLAMA

10:53 28 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə AZAL-a qalib gələn (1:0) "Neftçi"nin qapıçısı Maksim Vaylo oyunla bağlı fikirlərini bildirib.  

 

Sportarena.az xəbər verir ki, 3 oyundu qapısını toxunulmaz saxlayan qolkiper klubun saytına açıqlamasında bu seriyanın onda özünəinam hissini bir az da artırdığını deyib:

 

"Artıq 3 oyundu qol buraxmıram. Bu məndə özünəinamı daha da artırıb. Oyun ərzində qapısını toxunulmaz saxlamaq hər bir qapıçı üçün vacibdi. O ki qaldı matça, yaxşı oynadıq. Düzdü, mən də daxil olmaqla bəzi səhvlər etdik. Amma ümumi götürsək, vacib olan 3 xal idi ki, bu 3 xalı qazandığımıza görə xoşbəxtəm”. 


Xəbər xətti