"Taktiki cəhətdən bir az dəyişikliklər olacaq" - Şahin Diniyev - AÇIQLAMA

11:09 28 Fevral 2017

Bu gün Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” dünən keçirilən məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb.



Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri ilə oyunöncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun saytına açıqlama verib:

 

"Həqiqətən də çətin görüş olacaq, ümumiyyətlə son zamanlar asan oyunlarımız yoxdu. Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda “Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdı. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".

 

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" oyunu bu gün saat 15:00-da başlayacaq. 


Xəbər xətti