"Qarabağ" uduzdu, "Qəbələ" Gəncədə xal itirdi - YENİLƏNİR

19:55 28 Fevral 2017

Bu gün baş tutacaq iki oyunla Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, günün ilk matçı Gəncədə keçiriləcək. Qış fasiləsindən sonra aktivinə cəmi 1 xal yazam "Kəpəz" lider "Qəbələ"ni qəbul edəcək. Liderlə eyni sayda xal toplayan "Qarabağ" isə "Azərsun Arena"da üçüncü pillədə qərarlaşan "İnter"i qəbul edəcək. Görüşü maraqlı edən məqamlardan biri də paytaxt klubunun cari mövsümdə "köhlən atlar"a hələ məğlub olmamasıdı.

 

Qeyd edək ki, tura dünən start verilib. "Neftçi" səfərdə AZAL-dan, "Zirə" isə evdə "Sumqayıt"dan üstün olub. Hər iki görüşdə eyni hesab qeydə alınıb - 1:0.

 

Azərbaycan Premyer Liqası, 20-ci tur

28 fevral

15:00 Kəpəz - Qəbələ 1:1

Qol: Ş.Rəhimov, 36 - R. Silva, 54.

Qırmızı vərəqə: N.Qurbanov, 38 - N.Kvekveskiri, 38.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
Gəncə şəhər stadionu.

“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 17. Nicat Qurbanov, 10. Dario Federiko, 19. Orxan Əliyev, 77. Serjio Kosta
  
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 15. Azad Kərimov, 7. Vüqar Bəybalayev, 80. Tural Rzayev, 9. Tural Qürbətov, 68. Əli Nuri, 90. Julien Ebah

Baş məşqçi: Şahin Diniyev

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14.Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 18. Baqali Dabo, 27. Teo Uiks, 34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk


 

18:00 Qarabağ - İnter 0:1

Qol: Z.Xzinaşvili, 72
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
“Azersun Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç 8. Markos Madera  10. Muarem Muarem 11. Mahir Mədətov 14. Rəşad Sadıqov (k) 18. İlqar Qurbanov 20. Riçard Almeyda 25. Ansi Aqolli 55. Bədavi Hüseynov 71. Vüqar Nadirov 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şəhruddin Məhəmmədəliyev 2. Qara Qarayev 15. Rahid Əmirquliyev 21. Arif Daşdəmirov 32. Elvin Yunuszadə 38. Famil Camalov 44. Ağabala Ramazanov

Baş məşqçi: Qurban Qurbanov


 “İnter”: 1. Səlahət Ağayev 14. Zurab Xizanişvili 33. Tərlan Quliyev 27. Adrian Skarlatake 22. İlkin Qırtımov 17. Abbas Hüseynov 10. Elnur Abdullayev 24. Fuad Bayramov 7. Mirsahib Abbasov 8. Nizami Hacıyev (k) 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı 3. Denis Silva 2. Sertan Taşkın 19.Mirhüseyn Seyidov 88. Məmməd Quliyev 6. Samir Zərgərov 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze


 

27 fevral

AZAL - Neftçi 0:1

Qol: Daniel Seqoviya, 4.

 

Zirə - Sumqayıt 1:0

Qol: Riçard Qadze, 35


Digər xəbərlər

Xəbər xətti