Hücumçu rəqib qapıçının həyatını xilas etdi - VİDEO

13:06 28 Fevral 2017

Futbol üzrə Çexiya çempionatında “Bohemians 1905” və “Slovaçko” komandaları arasında keçirilən görüş zamanı meydan sahiblərinin qapıçısı Martin Berkoveç topu cərimə meydançasından başla çıxararkən öz müdafiəçisi ilə toqquşub.

 

Sportarena.az xəbər verir ki, “Slovaçko”nun hücumçusu Fransis Kone özünü itirməyib və qapıçıya lazımi ilkin tibbi yardımı göstərib. Bundan sonra həkimlər Martin Berkoveçi xəstəxanaya çatdırıblar. Hadisədən bir gün sonra Berkoviç öz Facebook səhifəsində “Slovaçko”nun hücumçusuna təşəkkürünü bildirib.

 

Qeyd edək ki, fevralın 25-də paytaxt Praqada keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

 

 


Xəbər xətti