36 məşqçini qovan klub prezidenti istefa verdi

13:24 28 Fevral 2017

“Palermo”nun prezidenti Mauritsio Zamparini istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. 75 yaşlı Zamparininin yerinə gələcək şəxsin onun şərik olduğu şirkətlərdən birinin sahibi olacağı deyilir. 15 gün ərzində adı açıqlanacaq yeni prezident kluba stadion və baza tikdirəcək.

 

Qeyd edək ki, 2002-ci ildən “Palermo”ya rəhbərlik edən Mauritsio Zamparini geridə qalan 15 il ərzində 36 baş məşqçi dəyişib.


Digər xəbərlər

Xəbər xətti