Almaniyadan Bakıya nə qədər azarkeş gələcək?

15:31 28 Fevral 2017

DÇ-2018-in seçmə mərhələsinin Bakıda keçiriləcək Azərbaycan - Almaniya oyununu izləyəcək qonaq komandanın azarkeşlərinin sayı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 800-dək alman azarkeş matça canlı baxmaq üçün ölkəmizə gələcək. Onların matç üçün bilet və Bakıda yemək xərclərini məşhur şirkətlərdən biri fan-kluba ad günü hədiyyəsi olaraq öz öhdəçiliyinə götürüb.

 

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti