Gəncədə dava düşdü, futbolçular qovuldu

15:57 28 Fevral 2017

Azərbaanyc Premyer Liqasının 20-ci turu çərçivəsində hazırda keçirilən "Kəpəz" - "Qəbələ" oyununda  futbolçular arasında dava düşüb.

Sportarena.az xəbər verir ki, matçın 38-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri meydan sahiblərinin oyunçusu Nicat Qurbanova qarşı kobud oynayıb. Nəticədə futbolçular arasında mübahisə yaranıb, daha sonra isə onlar bir-birinə zərbə endirib.
 
Görüşün baş hakimi Əliyar Ağayev isə hər iki futbolçunu qırmızı vərəqə ilə meydandan qovub.


Xəbər xətti