"Müdafiədə etibarlı oynadıq" - Zaur Svanadze - MÜSAHİBƏ

21:09 28 Fevral 2017

“Öncə cəbhə bölgəsində həlak olmuş əsgərlərlə bağlı Azərbaycan xalqına başsağlığı verirəm”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözlər “İnter”in baş məşqçisi Zaur Svanadzeyə məxsusdu. Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qarabağ”ın qonağı olan paytaxt təmsilçisi Zurab Xizanişvilinin yeganə qolu sayəsində qalib gəlib.Oyundan sonra keçirilən mətbuat konfransında gürcüstanlı mütəxəssis qələbə barədə bunları deyib

 

 “Çox vacib 3 xal qazandıq. Bu gün komandamdan razı qaldım. Müdafiədə etibarlı oynadıq, səhvsiz olduq. Sürətli hücumlara keçə bildik. Öz meydanımızda bizi çətin oyun gözləyir. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq”.

 

- “İnter” futbolçularının bu oyuna çıxmamaq ehtimalı barədə söz-söhbətlər yaranmışdı. Həmin komanda isə bu gün “Qarabağ”a qalib gəldi. Nə baş verir?

- Heç nə baş vermədi. Hansısa bir problem yoxdu. Həmişəki kimi, ayın 10-13-də maaşlar veriləcək.

 

- “Qarabağ” üzərində qələbənin reseptini deyə bilərsinizmi?

- Bu sirri özümüzə saxlayırıq.

 

- Manuel Skarlatake “Qəbələ” ilə oyuna kimi maaşların veriləcəyinə ümid etdiyini bildirmişdi. Siz isə ayın 10-da veriləcəyini bildirirsiniz. Bu, hansısa problem yaratmaz?

- 28-nə çatdırılacağı deyilmişdi, çatdırılmadı. Amma 10-na qədər mütləq veriləcək. Mən buna əminəm. (Apasport)


Digər xəbərlər

Xəbər xətti