"Səhvim Azərbaycandan gələn təklifi qəbul etmək olub" - Darinel Muntyanu - AÇIQLAMA

11:50 1 Mart 2017

"Qəbələ"nin sabiq baş məşqçisi Darinel Muntyanu ölkəsi - Rumıniya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, o, müsahibəsində Azərbaycana gəlişini yanlış addım hesab edib:

 

"Yenidən çalışmaq istəyirəm. Almaniya və ya qızım Byankanın işlədiyi Hollandiyada ola bilər. Təbii ki, indiki məqamda bu, çətindi. Çünki çox məşqçi orda iş axtarır. Mənim karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək olub. Rumıniya yaxşıdır, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddur",


 
Qeyd edək ki, Dorinel Muntyanu 2014/2015 mövsümünün ilk yarısında "Qəbələ"nin baş məşqçisi olub və komandanın uğursuz çıxışı səbəbindən istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti