Elxan Məmmədov Gürcüstanda problemlərdən danışdı

12:21 1 Mart 2017

Gürcüstanın paytaxtı Tiflisdə UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində "Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı" adlı tədbir keçirilir. 
 


Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev və Grassroots koordinatoru Cahangir Həsənzadə iştirak edir. Elxan Məmmədov AFFA-nın "GROW 2020" İnkişaf Proqramını təqdim edib və Şərqi Avropa ölkələrinin kütləvi futbolda üzləşdiyi əsas problemlər haqqında danışıb. 

 

Tədbirdə Elxan Məmmədovla yanaşı, UEFA İcraiyyə Komitəsinə İsveç və İrlandiyadan olan namizədlər iştirak edib.

 

UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı ilk dəfə 2 il öncə Azərbaycanda tətbiq edilməyə başlayıb


Digər xəbərlər

Xəbər xətti