Azərbaycan çempionatına start verilir

13:19 1 Mart 2017

01-04 mart tarixlərində Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. 
 
 
Sportarena.az xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
 
 
Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.


Xəbər xətti