Millimizin oyunlarının vaxtı açıqlandı

15:57 1 Mart 2017

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək 2-ci qrupunun oyunlarının təqvimi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, AVRO-2018-ə qatılmaq arzusunda olan 4 komanda paytaxtda üz-üzə gələcək. Turnirin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək. İlk turda yığmamız Bosniya və Herseqovinanı sınağa çəkəcək. Ardınca Albaniya, sonda isə Macarıstanla qarşılaşacaq.

 

Qeyd edək ki, bu mərhələnin qrup qalibləri birbaşa AVRO-2018-ə vəsiqə qazanacaq. 2-ci yer sahibləri və ən yaxşı nəticəyə malik 3-cü yeri tutan komanda pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.

 

AVRO-2018 əsas seçmə mərhələ, 2-ci qrup

1-ci tur

8 aprel

16:00. Macarıstan - Albaniya

18:30. Azərbaycan – Bosniya və Herseqovina

 

2-ci tur

9 aprel

16:00. Bosniya və Herseqovina - Macarıstan

18:30. Azərbaycan – Albaniya

 

3-cü tur

11 aprel

17:30. Albaniya – Bosniya və Herseqovina

20:00. Macarıstan – Azərbaycan


Xəbər xətti