Almaniya Türkiyəyə rəqib oldu

17:31 1 Mart 2017

Türkiyədən sonra daha bir ölkə 2024-cü ildə keçiriləcək Avropa çempionatına namizədliyini irəli sürüb.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Qitə futbol qurumu Almaniyadan AÇ-2024-ün ev sahibliyi ilə bağlı rəsmi müraciət aldıqlarını bildirib.

 

Almaniya AÇ-2024-ün oyunlarını 10 şəhərdə keçirmək fikrindədi. Məkanlarla bağlı müsabiqə keçiriləcək və qalib stadionların adları sentyabrda açıqlanacaq.

 

Qeyd edək ki, AÇ-2024-ün hansı ölkədə təşkil ediləcəyi gələn ilin sentyabr ayında açıqlanacaq.


Xəbər xətti