"Barselona"da ayrılıq - Enrike rəsmən gedir - AÇIQLAMA

11:31 2 Mart 2017

“Barselona”nın baş məşqçisi Luis Enrike karyerası ilə bağlı qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, Enrike mövsümün sonunda “Barselona”nı tərk edəcək. Bu barədə mütəxəssis özü məlumat verib:

 

“Mən gələn mövsüm “Barselona”nı çalışdırmayacam. Bu, mənim üçün çox ağır qərar idi. Qərarı qəbul edərkən çox düşündüm. Mövsümün sonunda “Barsa”dan gedəcəm”.

 

Qeyd edək ki, Enrikenin futbolçularla münasibətinin yaxşı olmadığı bildirilir. “Sportinq”lə oyunda əvəzlənən Messi Enrikenin əlini sıxmaqdan imtina etmişdi.


Digər xəbərlər

Xəbər xətti