"Enrikenin qərarını qəbul edirik" - "Barselona"nın prezidenti

12:29 2 Mart 2017

Luis Enrikenin yayda “Barselona”nı tərk edəcəyi ilə bağlı qərar qəbul etməsi haqda məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, “Barselona”nın prezidenti Xosep Maria Bartomeu Enrikenin qərarına münasibət bildirib. O, mütəxəssisin qərarını qəbul etdiklərini deyib:

 

“Biz Enrikenin qərarına hörmətlə yanaşır və onu qəbul edirik. O, dahi mütəxəssisdi. İndi bizim üçün əsas vəzifə mövsümü uğurla başa vurmaqdı. Bu məşqçi ilə uğur qazanmışıq. Ancaq bu mövsüm hələ yekunlaşmayıb. Futbolçular da Enrikeni ləyaqətlə yola salmaq üçün çalışmalıdılar".


Digər xəbərlər

Xəbər xətti