"Real" "Barselona"nın 73 illik rekordunu yenilədi

14:07 2 Mart 2017

İspaniya La Liqasının 25-ci turunda "Las Palmas"la oyun "Real" üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, Madrid klubu bu görüşdə xal itirməsinə rəğmən, yeni rekord müəyyənləşdirib. "Real" bu matçda ardıcıl 45-ci matçda rəqib qapısına yol tapmağa müvəffəq olub. Bununla Zinəddin Zidanın komandası 1942-1944-cü illərdə ardıcıl 44 qarşılaşmada qol vuran əzəli rəqibi “Barselona”nın rekordunu yeniləyib.

 
Qeyd edək ki, "Real" - "Las Palmas" matçı 3:3 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti