"Kəpəz" "Qəbələ" ilə oyunda baş verənlərə görə cəzalanmalı idi? - Gəncə klubundan AÇIQLAMA

18:36 2 Mart 2017

AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ"matçı zamanı baş verən hadisələrlə bağlı qəbul etdiyi qərarlar barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, qonaq komandanın rəsmiləri komitə tərəfindən ciddi şəkildə cəzalandırılıb. Buna səbəb onların hakimlərə fiziki təzyiq göstərməsi və təhqir etməsi göstərilb. Futbol ictimaiyyətinin bir sıra nümayəndələri isə ev sahiblərinin təhlükəsizliyi təmin etməməsi barədə müzakirələr aparır. İddia olunur ki, "Kəpəz" təhlükəsizliyə ciddi yanaşsaydı, bu hadisələr baş verməyə bilərdi.

 

Bütün bu iddialara Gəncə klubundan cavab gəlib. Belə ki, "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev "Facebook" sosial şəbəkəsində iddialara belə münasibət bildirib:

 

“Kəpəz” - “Qəbələ” oyununda baş verənlərə görə İntizam Komitəsi niyə Gəncə klubunu cəzalandırmayıb tipli statuslara cavab vermək istərdim. “Kəpəz”in təhlükəsizliyə görə cəzalandırılmalı olduğunu düşünənlərin nəzərinə çatdırıram ki, hakimlərə təzyiq əgər azarkeşlər tərəfindən olsaydı, məsuliyyəti biz daşıyacaqdıq. Amma bu işi qonaq komandanın rəsmiləri görüb, onların da stadiona və ya bazaya girişinə məhdudiyyət yoxdur axı! Yeri gəlmişkən, hadisə baş verən zaman polis üzərinə düşən işin öhdəsindən gəlib, qalmaqalın böyüməsini qarşısını vaxtında alıb. Başqa şeylərdə olub, amma adam yazmaq, demək istəmir!"

 

 


Digər xəbərlər

Xəbər xətti