"Kuboku qazancağıq" - "Neftçi"nin futbolçusu - AÇIQLAMA + VİDEO

10:19 3 Mart 2017

“Neftçi”nin müdafiəçisi Rahil Məmmədov klubun “youtube” kanalına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, bir müddətdi zədədən əziyyət çəkən Rahil apreldə qayıdacağını deyib. O, həmçinin bu il kuboka sahib çıxacaqlarını da bildirib:

 

“Hər şey proqram üzrə gedir. Komandanın fizioterapevti ilə reabilitasiya proqramı üzrə çalışırıq. Əlavə olaraq fiziki məşqçi ilə fiziki hazırlıq keçirəm. Çalışırıq fiziki durumumu komandanın səviyyəsinə çatdırım ki, sabah komandaya qoşulanda çətinlik olmasın. Hər şey qaydasında olsa, apreldə komandaya qoşulmalıyam. Yaranan boşluqdan istifadə edərək öz üzərimdə bir az da işləməliyəm. Komadanın hazırkı heyəti ötən ilki heyətindən fərqlənir.

Komandada özünəinam qayıdıb. İnanıram ki, komandamız ölkə kubokunda daha yaxşı çıxış edərək, kuboku qazancağıq”.

 


Xəbər xətti