Rəşad Sadıqov: "Getmək çox çətindir" - AÇIQLAMA

12:22 3 Mart 2017

“Həqiqətən çox çətindir. Məsələn 32 yaşım olanda deyirdim ki, 35 yaşımda gedəcəm. Amma indi 35-ə gəlmişəm, oynamaq istəyirəm".


Sportarena.az xəbər verir ki, bu sözləri  milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. “CBC Sport”da yayımlanan “İmza” verilişisinin qonağı olan təcrübəli müdafiəçi karyerasını nə vaxt bitirəcəyi haqda sualı cavablandırıb. O, hələ ki, qəti müddət deyə bilmədiyini qeyd edib:
 

 

"İndi elə bir vaxta gəlmişəm ki, milli  komandamız uğurlu çıxış edir, “Qarabağ” Avrokuboklarda yaxşı nəticələr göstərir. Belə iki komandanın kapitanısan və getmək çox çətindir. Yaxınlarıma və azarkeşlərə söz vermişəm ki, nə vaxt görsəm, mənim meydançada olmağım komandamızın ziyanınadır, həmin gün karyeramı başa vuracam. Amma hələ ki, qəti bir müddət deyə bilmərəm".


Xəbər xətti