Torres ölümdən qayıtdı - VİDEO

12:58 3 Mart 2017

İspaniya La Liqasının 25-ci turunda dünən “Deportivo” “Atletiko”nu qəbul edib.

 

Sportarena.az xəbər verir ki, “Riasor” stadionunda keçirilən oyunun 85-ci dəqiqəsində qonaq komandanın hücumçusu Fernando Torres “Deportivo”nun futbolçusu Aleks Berqantinosla toqquşaraq yerə yıxılıb. İspan forvardın bir müddət huşsuz halda yerdə qalması hamını təlaşlandırıb. Dili qatlanan futbolçuya ilkin tibbi yardım meydançada, komanda yoldaşları tərəfindən göstərilib. Bundan dərhal sonra isə həkimlər meydançaya daxil olub. Torresə tibbi yardım göstərilməsi oyunda bir neçə dəqiqəlik fasilənin yaranmasına səbəb olub. Oyunçuya tibbi yardımın uzanması hər iki komandanın oyunçularının və azarkeşlərin ciddi narahatlıq keçirməsinə səbəb olub.

 

Həkimlərin ilkin müdaxiləsindən sonra Torres xərəkdə meydançadan çıxarılaraq xəstəxanaya aparılıb. İlkin müayinədən sonra hücumçuda beyin zədələnməsinin olmadığı aşkarlanıb. Ancaq buna baxmayaraq, o, bu gecəni xəstəxanada keçirəcək.

 

Qeyd edək ki, oyun 1:1 hesablı bərabərliklə nəticələnib.

 

 


Xəbər xətti