Millimizin üzvü baş məşqçisiz qaldı - "Çətin durumdayıq" - AÇIQLAMA

13:50 3 Mart 2017

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Aue” klubu baş məşqçisiz qalıb.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi Pavel Dotçevi postundan uzaqlaşdırıb. Bolqar mütəxəssisin istefaya göndərilməsinin səbəbi uğursuz nəticələr olub. “Aue”nin “sükanı arxasında” Dotçevi kimin əvəzləyəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

 

Bu arada, Nazarov komandasının durumundan danışıb. Millimizin üzvü üzərlərində təzyiq olduğunu bildirib:

 

"Arminiya" ilə oyuna tam olaraq hazır olmalıyıq. Bu vəziyyəti dəyişməliyik. Çətin durumdayıq. Yeni baş məşqçimiz də yəqin ki, tezliklə açıqlanar. Üzərimizdə təzyiq var. "Arminiya"ya qalib gəlsək, çox şeyi dəyişə bilərik".

 

 

Qeyd edək ki, “Aue” 2-ci Bundesliqada 22 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin son pilləsində qərarlaşıb.


Xəbər xətti