"Qəbələ"də 3 ciddi itki

16:47 3 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "İnter"in qonağı olacaq "Qəbələ"nin heyətində itkilər var. 

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk "sabiq bankirlər"lə matçda Elvin Camalovla Vitali Vernidubun xidmətindən istifadə edə bilməyəcək. Adıçəkilən futbolçular zədəli olduqları üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda, cəzalı Nika Kvekveskiri də səfər matçında baş məşqçinin ixtiyarında olmayacaq. 

 

Digər zədəli Rafael Santosun durumu isə yaxşılaşmaq üzrədir. Braziliyalı futbolçu artıq zədəsini bərpa edib və oynayıb-oynamayacağı baş məşqçinin qərarından asılı olacaq. 

 

Qeyd edək ki, sabah baş tutacaq "İnter" - "Qəbələ" oyunu saat 20:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti