"Sportinq" Budaqsız 3 xala sevindi

17:37 4 Mart 2017

Futbol üzrə Portuqaliya Sequnda Liqasında 30-cu turun görüşləri keçirilir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası səfərdə "Kova da Piedade"nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsiylə başa çatıb. Budaq Nəsirov zədəli olduğu üçün adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, 20 turdan sonra aktivində 34 xal olan "Sportinq" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


Xəbər xətti